Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnozbackend

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Proqnoz

Azərbaycanda iyunun 18-də hava şəraitinin əsasən isti və yağmursuz keçəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilmir. Cənub-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 31-36 dərəcə isti olacaq.

Rayonlarda da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı ərazilərdə yağışın intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər.

Ölkə ərazisində havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 27-30 dərəcəyədək isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*