Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildibackend

Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*