Bakıda ikimərtəbəli obyektdə YANĞIN: zəhərlənən varbackend

Bakıda ikimərtəbəli obyektdə YANĞIN: zəhərlənən var

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*