Bakıda KFC restoranları onlayn sifariş xidmətinə başladıbackend

Bakıda KFC restoranları onlayn sifariş xidmətinə başladı

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq KFC restoranları hökumətin tövsiyələrini nəzərə alaraq, 24 mart tarixindən etibarən Bakıdakı restoranlarının iş rejimini saat 12:00-dan 15:00-dək məhdudlaşdırıb.

KONKRET.az xəbər verir ki, bununla belə vətəndaşlar restoranın iş qrafikinə uyğun olaraq KFC təamlarını özləri ilə apara və ya gecə saat 01:00-dək Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərlər.

Onlayn sifarişlərə artan tələbatla əlaqədar olaraq KFC mümkün olan hər şeyi edib. Belə ki, tərəfdaşlar sifarişlərin ən qısa müddətdə (30 dəqiqə ərzində) ünvana çatdırılmasını təmin edirlər. KFC-dən salatlar, milkşeyklər, dondurma və dondurmalı desertlər, həmçinin qablaşdırılmamış içkilər istisna olmaqla, menyunun digər bütün əsas yeməklərini, o cümlədən şüşə qablarda qablaşdırılmış içkiləri sifariş etmək mümkündür.

Xatırladaq ki, koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq KFC  Azərbaycandakı restoranlarında qonaq və işçilərin təhlükəsizliyinə yönəlmiş tədbirləri də gücləndirib. Belə ki, restoranda əməkdaşlar üçün onsuz da sərt olan gigiyena qaydaları daha da gücləndirilib, əllərin yuyulması və antibakterial vasitə ilə təmizlənməsi intervalı azaldılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*