Bakıda mənzil bazarında ötən ay nisbi aktivlik müşahidə olunub, ancaq bu aktivlik qiymətlərə təsir göstərməyib.
KONKRET.az xəbər verir ki, bunu trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlər sabit qalıb: “İlkin mənzil bazarında qiymətlər sahibkarlar tərəfindən tənzimlənir və ona görə də bu sahədə qiymət dəyişməsi müşahidə olunmayıb”.