Bakıda parkda gecəyarı iki qadına qarşı cinayət törədən gənclə bağlı QƏRARbackend

Bakıda parkda gecəyarı iki qadına qarşı cinayət törədən gənclə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən N.Məmmədovun barəsindəki qərardan dövlət verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: 2009-cu il təvəllüdlü N.Məmmədov ötən il yanvarın 4-də gecə saat 3 radələrində paytaxt ərazisində yerləşən “Dədə Qorqud” istirahət parkında 2005-ci il təvəllüdlü A.A.-nı (adı, soyadı şərtidir) ağaclıq olan hissəyə doğru çəkib. O, qadına müxtəlif dərəcəli xəsarətlər yetirib, zor tətbiqi ilə seksual xarakterli hərəkətləri törədib.

N.Məmmədov həmin il yanvarın 6-da gecə saat 01:30 radələrində “Dədə Qorqud” parkında 1993-cü il təvəllüdlü S.S.-ə (adı, soyadı şərtidir) arxadan yaxınlaşıb, ağzını tutaraq ağaclıqda yerə uzadıb. Müqavimətlə qarşılaşanda qadına zor tətbiq etməklə seksual xarakterli hərəkətlərini davam etdirib, yumruq və təpik zərbələri ilə onun sifət nahiyəsindən vurub.

Hadisədən sonra N.Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

N.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, hadisə zamanı qızlarla tanış olmaq istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*