Azərbaycanda nikaha daxil olan kişilər arasında həyat yoldaşının soyadını qəbul edənlər var. Son illərin statistik göstəriciləri kişilərin qadınların soyadını götürməsi hallarının qeydə alındığını göstərir.
KONKRET.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin ilk 9 ayı ərzində 28 kişi nikaha daxil olarkən arvadının soyadını qəbul edib.
2024-cü ildə 62, 2025-ci ildə isə 52 kişi nikaha daxil olan zaman qadının soyadını götürüb.
