Xərçəngdən əziyyət çəkən uşaq üçün yığılan pulları oğurladı, həbs olundubackend

Xərçəngdən əziyyət çəkən uşaq üçün yığılan pulları oğurladı, həbs olundu

Xırdalanda qan xərçəngindən əziyyət çəkən uşaq üçün “TikTok” vasitləsilə yığılan pulların bir hissəsi oğurlanıb. 

KONKRET.az xəbər verir ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Polisin araşdırması nəticəsində hadisəni törədən şəxsin 1999-cu il təvəllüdlü şəxs olduğu müəyyənləşib.

Məlum olub ki, təqsirləndirilən şəxs Xırdalanda ailənin etibarından istifadə edərək, qızın müalicəsi üçün pul yığılan kartdan gizli olaraq 1040 manat oğurlayıb.

Əməli sübuta yetirilən təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisəni törədən uşağın atasının dostu olub.//Xitab24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*