Ermənistan 13 ölkədəki səfirlərini geri çağırdıbackend

Ermənistan 13 ölkədəki səfirlərini geri çağırdı

Ermənistan eyni vaxtda 13 ölkədəki səfirlərini geri çağırıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı prezident Vaaqn Xaçaturyanın müvafiq sərəncamları dövlət başçısının rəsmi saytında dərc olunub.

Geri çağırılan diplomatlar Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya, Argentina, Çili, Peru, Kanada, Dominikan Respublikası, Kuba, Yamayka, İsrail və Niderlandda fəaliyyət göstərən səfirlərdir.

Bundan əlavə, Ermənistanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi və NATO-dakı missiyasının rəhbəri də vəzifələrindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*