Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq öldü – Yenilənibbackend

Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq öldü - Yenilənib

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.

KONKRET.az BakuPost.az-a istinadən xəbər verir ki, bu zaman o, ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

=======================================================================================================

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub

Əlavə məlumat veriləcək.

======================================================================================================

Bakıda Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Apa.az

  • Tahir
    İyul 21, 2020 - 00:40

    Salam.yanan mənzil sahibinin telfon nömrəsini yazardız mənə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*