Bakının Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.