Bakının bir sıra yollarında sürət həddi endirildibackend

Bakının bir sıra yollarında sürət həddi endirildi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

KONRKET.az xəbər verir ki, müraciətdə qeyd olunur:

“Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirildi. Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*