“Bakıya gedərsinizmi” sualına Nikolun deputatının cavabıbackend

“Bakıya gedərsinizmi” sualına Nikolun deputatının cavabı

Ermənilər və azərbaycanlılar başqa ölkələrdə bir-biri ilə dostluq edirlər.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Mülki Müqavilə” fraksiyasının üzvü Arsen Torosyan erməni mediasına müsahibəsində deyib.

“Bir çox ölkədə – Gürcüstanda, Rusiyada – ermənilər və azərbaycanlılar həm də bir-biri ilə dostluq edirlər və mən bunda qəbahət görmürəm. Axı Ermənistanı və Azərbaycanı buradan köçürmək olmaz və biz, bəli, qonşularımızla heç olmasa, münaqişəsiz münasibət qurmaq istəyirik”, – Torosyan bildirib.

Torosyan “Bakıya turist səfərinə gedərmi” sualına belə cavab verib:

“Bəli, vəziyyət bunu mümkün edəcək qədər əlverişli olsaydı, təbii ki, gedərdim, biz də onları burada qarşılayardıq”.

O, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin də qurulacağını qeyd edib:

“Sənəd imzalanandan sonra Ermənistanda Azərbaycan, Azərbaycanda Ermənistan səfirliyi açılacaq. Niyə də açılmasın?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*