Litvada Rusiyanın xalq artisti, Böyük Teatrın balerinası İlze Liepanın vətəndaşlığından məhrum edilməsini tələb ediblər.
KONKRET.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi rəsmi təkliflə çıxış edib.
Qeyd olunur ki, departament prezident Gitanas Nausedaya petisiya göndərib. “Litva hakimiyyətinin fikrincə, Liepanın hərəkətləri və ictimai bəyanatları Litvanın təhlükəsizlik maraqlarını təhdid edən vəziyyət yaradır”, – bəyanatda deyilir.
Qeyd edək ki, Litvada Ukraynadakı hərbi əməliyyatlar fonunda balerina Moskvaya dəstək bəyanatlarına görə tənqid dalğasına məruz qalmışdı. Liepa Rusiyaya sevgisini bəyan etmiş və mövqeyini dəyişə bilməyəcəyini vurğulamışdı.
Natiq Səlim,
KONKRET.az
