Barak Obamanın aşpazı gölməçədə ÖLÜ TAPILDIbackend

Barak Obamanın aşpazı gölməçədə ÖLÜ TAPILDI

ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın itkin düşmüş aşpazı Tafari Kempbellin cəsədi MartasVinyard adasındakı gölməçədə tapılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparır.

Məlumata görə, dalğıclar 45 yaşlı aşpazın cəsədini gölməçədən çıxarıblar.

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama deyib ki, Tafari ailənin sevimli üzvü olub:

“O, Ağ Evdə istedadlı aşpaz idi. Sonrakı illərdə biz onu şən, mehriban, həyatımızı bir az da işıqlandıran insan kimi tanıdıq”.

Qeyd edək ki, keçmiş ABŞ prezidentinin ailəsi Ağ Evi tərk etdikdən sonra Kempbelldən onlarla işləməyə davam etməsini istəyib və o, razılaşıb.

Polis bildirib ki, Kempbell ölən zaman MartasVinyardda olub. Hadisə zamanı Barak Obama evdə olmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*