“Barselona” “Fənərbağça”dan onu transfer etdibackend

“Barselona” “Fənərbağça”dan onu transfer etdi

Xorvatiya millisinin və Türkiyənin “Fənərbağça” komandasının qapıçısı Dominik Livakoviç karyerasını İspaniyada davam etdirəcək.

KONKRET.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı qolkiper “Barselona” klubuna keçib.

Onunla 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.

İddiaya görə, transfer məbləği 2 milyon avro təşkil edib. Daha 2 milyon avro isə bonuslar şəklində ödəniləcək.

Qeyd edək ki, Dominik Livakoviç ötən mövsümün ikinci yarısını icarə əsasında Xorvatiyanın “Dinamo” Zaqreb komandasında keçirib. Təcrübəli qapıçı ölkəsinin əsas yığmasında 79 oyunda meydana çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*