“Barselona” gənc ulduzunu satacaqbackend

“Barselona” gənc ulduzunu satacaq

“Barselona” yayda hücumçusu Ansu Fatini satacaq.

KONKRET.az xəbər verir ki, kataloniya klubu hələ də 20 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir. Bununla belə, maddi sıxıntılar səbəbindən onun satışı məqsədəuyğun hesab edilir.

Fatinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var. Bu mövsüm o, “Barselona”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*