“Barselona”nın kapitanı Serxio Busketsin yerinə namizədlər məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə “As” məlumat yayıb.
Belə ki, komandanın ilk kapitanı Sergi Roberto olacaq.
O və Busketsdən başqa, Kataloniya klubunun 2022/2023 mövsümündə dörd kapitanı arasında Mark-Andre ter Stegen və Jordi Alba da var idi ki, onlar da tezliklə “Barselona”nı tərk edə bilər. Kvartetin tərkibini Robert Levandovski və Ronald Araujo doldura bilər.
