Yaponiya zədələnmiş “Fukusima-1” AES-dən suyun buraxılmasına haqq qazandırmaq üçün informasiya kampaniyası aparır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, işgüzar nahar zamanı ölkənin Baş naziri Fumio Kişida radioaktiv tullantıların atıldığı prefekturada tutulduğu iddia edilən dəniz məhsullarını yeyib.
Beləliklə, Baş nazir balığın təhlükəsiz olduğunu sübut etməyə çalışıb.
Xatırladaq ki, “Fukusima-1”də 2011-ci ildə sunamidən sonra baş verən qəza enerji təchizatı və soyutma sistemlərini sıradan çıxarıb. Nəticədə üç enerji blokunun reaktorlarında nüvə yanacağı əriyib, qoruyucu təbəqə yanıb. Eyni zamanda, böyük həcmdə radioaktiv maddə atmosferə atılıb. Sunami nəticəsində zədələnmiş reaktorların soyudulması üçün istifadə olunan 1,25 milyon tondan çox su AES-in ərazisindəki çənlərdə yığılıb. Yaponiya hökuməti iddia edir ki, su ümumiyyətlə radioaktiv maddələrdən azaddır və tərkibində yalnız hidrogen (tritium) izotopu var. Tokio bu suyun əhəmiyyətli bir hissəsini okeana boşaltmaq qərarına gəlib. 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 200 ton radioaktiv tullantı suyunun axıdılması planlaşdırılır. Bu qərardan sonra Çin Yapon dəniz məhsullarını idxal etməkdən imtina edib.
İqbal Rzayev,
KONKRET.az
