Baş nazirin impiçmenti rədd edildibackend

Baş nazirin impiçmenti rədd edildi

Cənubi Koreya Konstitusiya Məhkəməsi Milli Assambleyanın Baş nazir Han Dok Sunun impiçmenti ilə bağlı arqumentlərini qəbul etməyib və onu vəzifəsinə bərpa edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə 24 mart tarixində Baş nazir Han Dok Suya qarşı irəli sürülən impiçment ərizəsini rədd etmək qərarına gəlib”, – bəyanatda bildirilib.

Məlumata görə, 8 hakimdən yalnız biri impiçmentin lehinə səs verib.

Bu qərarla Han Dok Su yenidən baş nazir kimi vəzifəsinə qayıdıb və prezident səlahiyyətlərini icra etmə statusu da ona qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*