BAŞ PROKUROR NƏYİ GÖZLƏYİR!?backend

BAŞ PROKUROR NƏYİ GÖZLƏYİR!?

Eldar Sabiroğlu

Etibar və inamdan sui istifadə edən keçmiş prezident köməkçisi Əli Həsənovun dövlətin milyonlarla vəsaitini mənimsədiyi barədə xəbərlərin ardı-arası kəsilmir. Dəhşətli faktlar ortadaykən ölkənin hüquq orqanları nədənsə araşdırmaya maraqlı görünmürlər. Doğrudursa, ifşa edilsin, əksinədirsə, məsələyə nöqtə qoyulsun. Xüsusilə Baş Prokurorluğun sakit mövqeyi təəccüb doğurur. Əli Həsənovun yerinə əgər mənim kimisi və ya başqa birisi olsaydı, indi nə baş vermişdi? Ən azından yerimiz ya Kürdəxanalıq idi, ya da DTX-nın 6-cı mərtəbəsindəki izolyatorlardan birində pəncərənin dəmir çərçivəsinə qonmuş göyərçinlərlə danışırdıq…

Bu xəyanətkara, klassik Vəzirovçuya hakimiyyətin bu qədər güzəşt etməsinin kökündə nələr dayanır? Çox maraqlıdır. Məsələn, Həsənovun etdiklərinin 100-də birini mən etmiş olsaydım, dərimin altına saman çöpü basıb kibritlə yandırardılar. Necə ki, etdlər…Azərbaycanda hansısa nazirin edə bilmədiyi talanı Əli Həsənov ailəsi ilə birlikdə törədib. Hələlik onun cinayət əməllərinə işıq salan bir-iki fakt üzərində dayanmaq istərdim.

İllərdir ölkə mətbuatına ayrılan dövlət yardımı külli miqdarda mənimsənilirmiş. Yardım ərəfəsində ya yaxın adamları, ya da bəzi hallarda şəxsən Həsənovun özü daim əlaqədə olduğu KİV rəhbərləri ilə ona çatacaq hissə barədə danışıb razılıq əldə etdikdən sonra prosesə start verilirmiş. Bu hesabla hər ilin əvvəllərində Əli Həsənov yalnız bir mənbədən dövlətin 100 minlərlə vəsaitini həzm-rabedən keçirirmiş. Görünür ki, bu haramzadada qorxu-hürkü deyilən şey yerli-dibli olmayıb. Yuxarıdakı rəqəmi 15 ilə vurarıqsa, yalnız bir mənbədən onun əldə etdiyi ağlasığmaz qazancın miqdarı insanı şaşırar.

Bu qədərdən sonra “KASPİ” qəzetinə görə evindən hakimiyyətlə necə hədə dilində danışır, çox müəmmalıdır. Sual doğur: “Nəyə arxayındır, onu bu tərzdə danışmağa sövq edən səbəb nədir?”

Eyni hal nisbətən bir qədər başqa formada jurnalistlərə Prezident tərəfindən mənzillər hədiyyə edilərkən də Əli Həsənov dədə malı kimi bəzi ev sahiblərindən mübarək haqqını aldıqdan sonra xeyir-duasını verərmiş. Ağır ittihamların fərqindəyəm. Lakin gözümlə görməsəm də, söz-söhbətlərin bütün ölkəni bürüdüyü faktdır. Deyilənlərin hamısımı yalan!? Cavabı Baş Prokurordadır!!!

Əli Həsənov var-dövlətini təkcə bu iki mənbə üzərindən zənginləşdirməyib. “QASİD” firması demək olar ki, bütünlüklə ölkənin baş ideoloquna işləyirmiş. İndi firmanın dövlətə milyonlarla borcu üst-üstə yığılıb.Kim ödəyəcək!? Müəssisənin rəhbəri deputat Mirkazım Kazımov ağlar günə qalıb. Yəqin Əli Həsənovun həyat yoldaşının 540 mindən artıq dövlət vəsaitini mənimsəmə faktını da unutmamısınız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*