Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olubbackend

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub.

KONKRET.az xəbər verir ki, həlledici oyunda “Gəncə” və NTD klubları üz-üzə gələcəklər.

Qərb təmsilçisi yarımfinalda “Neftçi İK”nı mübarizədən kənarlaşdırıb. Sərhədçi İdman Mərkəzində keçirilmiş matçda gəncəlilər yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (26 xal, 6 ribaund), “Neftçi İK”dan isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşmasında NTD “AAAF Xırdalan”ı məğlub edib – 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), “AAAF Xırdalan”dan isə BK” (Devin Pullum – 23 xal, 5 asist) ən məhsuldar oyunçular olublar.

Qeyd edək ki, martın 26-da keçiriləcək final oyunu saat 16:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*