Basketbol yığmamız Avropa çempionatının finalına yüksəldibackend

Basketbol yığmamız Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala yüksəlib.

KONKRET.az xəbər verir ki, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Milli komandanın finaldakı rəqibi Kipr – Kosovo cütünün qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*