“Bayden çıxışı üçün 300 min dollar istəyib”.
KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin tədbirdəki çıxışı təşkilatçılara 300 min dollara başa gələcək. Bu barədə New York Post (NYP) məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin tələbləri siyahısına şəxsi təyyarə ilə uçuş və çıxış üçün başqa şəhərə getməli olduğu halda beş köməkçisinin xidmət haqqının ödənilməsi də var.
Bu həftənin əvvəlində Bayden İllinoys ştatının Çikaqo şəhərində vəzifəsindən ayrıldıqdan sonra əlil insanlara hüquqi dəstək verən qeyri-hökumət təşkilatının konfransında ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Müşviq Tofiqoğlu
KONKRET.az