Bayden: “ABŞ tezliklə İranı azad edəcək”backend

Bayden: "ABŞ tezliklə İranı azad edəcək"

Prezident Co Bayden ABŞ-ın tezliklə İranı azad edəcəyini deyib. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri cümə axşamı Kaliforniyada yerli demokrat namizədin seçki kampaniyasında çıxış edərkən səsləndirib:

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”.

Zalda oturanlar prezidentin bu sözlərinə təqdir nidaları ilə reaksiya verib.

Qeyd edək ki, sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra İranda iğtişaşlar bir aydan artıqdır ki, səngimir. İğtişaşlar fonunda ABŞ və Aİ İrana qarşı sanksiyalar tətbiq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*