ABŞ Prezidenti Co Bayden Həmasın İsrailə hücumundan sonra İrana “ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib.
KONKRET.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın təyyarədaşıyan gəmisinin bölgəyə yerləşdirildiyini bildirən Bayden İrana açıq şəkildə xəbərdarlıq edib.
Bayden bu barədə Ağ Evdə yəhudi liderlərinin dəyirmi masası zamanı bildirib.
O, İsrailin baş naziri Binyamin Netanyahu ilə yenidən danışdığını bildirib.
Prezident qeyd edib ki, “İsrail müharibə qaydaları ilə hərəkət etməlidir”.
“Dediyim yeganə şey odur ki, İsrailin mövcud olan bütün qəzəb və məyusluğa baxmayaraq, müharibə qaydaları ilə hərəkət etməsi həqiqətən vacibdir. Qaydalar var”, – Bayden əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
