Baydendən Trampın həbsxana fotosuna REAKSİYA: “Yaraşıqlı oğlan” – VİDEObackend

Baydendən Trampın həbsxana fotosuna REAKSİYA: "Yaraşıqlı oğlan" - VİDEO

ABŞ Prezidenti Co Bayden Donald Trampın həbsxanadakı fotosuna münasibət bildirib və onu “yaraşıqlı oğlan” adlandırıb.

KONKRET.az xəbər verir ki, görüntülər “X” sosial şəbəkəsində (keçmiş Twitter) C-SPAN telekanalı tərəfindən yayımlanıb.

“Şəkili televizorda gördüm. Yaraşıqlı oğlan, gözəl oğlan”, – deyə Bayden jurnalistlərə bildirib.

Xatırladaq ki, avqustun 25-də ABŞ-ın sabiq prezidenti Donald Tramp həbs edilib və daha sonra 200 min dollar girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb. Həbsxana qeydləri sabiq prezidentin həbs olunduğunu və P01135809 nömrəli məhbus kimi qeydə alındığını göstərir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*