Bayramov İraqda Fuad Hüseynlə görüşdübackend

Bayramov İraqda Fuad Hüseynlə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında geniş tərkibdə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirilib, həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar müzakirə edilib.

Daha geniş regional və qlobal hadisələr də nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə dair perspektivləri bölüşüb.

Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud problemlər barədə də məlumat verib.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hazırda tərəflər arasında təkbətək görüş başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*