“İsrail ABŞ-ın Qətərə “F-35” təyyarələrinin istənilən satışına qarşı çıxacaq”.
KONKRET.az xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat naziri Eli Koen mətbuata danışıb.
“Təhlükəsizlik və hərbi üstünlük bizim üçün ən əsas faktorlar sayılır. Hələ ki bizim bölgə İsveçrəyə çevrilməyib”, – deyə İsrail rəsmisi Hərbi radioaya verdiyi müsahibədə söyləyib.
Qeyd edək ki, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında “Lockheed Martin” şirkətinin istehsalı sayılan və 5-ci nəsil döyüş təyyarələri hesab olunan “F-35” qırıcılarının satışı ilə bağlı danışıqlar prezident Donald Tramp tərəfindən də dəstəklənir.
Birləşmiş Ştatlar rəsmiləri bununla belə İsrailə 1960-cı illərdə imzalanan “Hərbi üstünlük” haqqında müqavilənin şərtlərini qoruyacaqlarına söz veriblər.
