Bəhreyn Kralı Azərbaycan liderini təbrik etdibackend

Bəhreyn Kralı Azərbaycan liderini təbrik etdi

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri Prezident İlham Əliyev.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Uca Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirik.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*