Belarus Rusiya hərbi bazalarını yerləşdirməkdən İMTİNA ETDİbackend

Belarus Rusiya hərbi bazalarını yerləşdirməkdən İMTİNA ETDİ

Belarus Rusiya hərbi bazalarını yerləşdirməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey məlumat verib.

O bildirib ki, Belarusda müdafiə texnologiyalarının inkişaf səviyyəsini nəzərə alaraq, ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinə hələ ehtiyac yoxdur.

Makey vurğulayıb ki, NATO-nun sərhədlərə yaxın hərbi qüvvələrini gücləndirməsi nəticəsində respublikada Rusiya bazalarının yerləşdirilməsinin aktuallığı ilə bağlı danışıqlar uzun müddətdir ki, davam edir. O qeyd edib ki, gələcəkdə nə baş verə biləcəyini heç kim bilmir, lakin hər şey ola bilər.

“Hazırda əldə edilən yüksək hərbi texnologiyanı nəzərə alaraq, hesab edirəm ki, Belarus ərazisində əlavə xarici, indiki halda Rusiya hərbi bazalarının yerləşdirilməsinin o qədər də mənası yoxdur”, -deyə belarus diplomat bildirib.

Makey qeyd edib ki, Rusiya hərbi bazalarını Belarus ərazisində yox, Smolensk vilayətində yerləşdirmək kifayətdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*