Belarusda Lukaşenkonun tapşırığı ilə Silahlı Qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Belarus Prezident Aleksandr Lukaşenkonun tapşırığı ilə aprelin 3-də ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığı yoxlanılır.
Yoxlama zamanı hərbi texnikanın hərəkəti nəzərdə tutulur. Ümumi istifadədə olan avtomobil yollarında və relyefdə mülki avtomobillərin hərəkətini müvəqqəti məhdudlaşdırılması mümkündür.
Xuraman Etibarlı,
KONKRET.az
