Belarusdan Azərbaycana yeni silah partiyası gətirilib? – FOTObackend

Belarusdan Azərbaycana yeni silah partiyası gətirilib? - FOTO

Belarusdan olan təyyarələrin Azərbaycana yeni silah partiyası çatdırması barədə məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, bir sıra KİV-lər Belarusun “RubyStar” aviaşirkətinin Azərbaycana uçuş anını əks etdirən fotolar paylaşıb.
Təqdim olunan məlumatlara əsasən, təyyarə Minsk vilayətindən havaya qalxıb və bir neçə saatdan sonra Azərbaycan ərazisinə enib.

Lakin hansı silahlardan söhbət getdiyi açıqlanmır.

Qeyd edək ki, Azərbaycan 2005-ci ildən etibarən Belarusdan böyükhəcmli silah və hərbi texnikanın satın alınmasına başlayıb. Bunların arasında “Polonez” operativ-taktik raket kompleki, “Buk-MB” zenit-raket kompleksi, “Qroza-S” radioelektron mübarizə sistemləri, özüyeriyən artilleriya qurğusu (ÖAQ) “Pion”ni də var.

/azvision.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*