İlkin məlumata görə, 2020-ci ildə Belarusun qızıl-valyuta ehtiyatları 20,5% (1,9 mlrd. ABŞ dolları) azalaraq 7 milyard 468,5 milyon dollar təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Belarusun Milli Bankı məlumat yayıb. Məlumatda deyilir ki, 2020-ci ilin dekabr ayında isə ölkənin qızıl-valyuta ehtiyatları 1,2% (92,1 mlrd. dollar) çoxalıb. Bildirilir ki, ehtiyatların kəskin azalması təxminən 3,9 mlrd. dollar həcmində olan xarici və daxili öhdəliklərin planlı ödənilməsi və Belarus Milli Bankı tərəfindən hərraclarda xarici valyutanın satışı səbəbindən baş verib. Qeyd edilir ki, 2020-ci ildə Belarusun qızıl-valyuta ehtiyatları səviyyəsinin qorunub-saxlanılması, Maliyyə Nazirliyi tərəfindən xarici valyutada olan istiqrazların xarici və daxili bazarlarına yerləşdirilməsi, kreditlərinin cəlb edilməsi və digər üsullarla xarici valyutanın büdcəyə daxil olması hesabına təmin edilib.
KONKRET.az
