Belçikanın baş naziri bəyan edib ki, 50 milyard avro Ukraynaya silah alınmasına və müəllimlərin maaşına xərclənəcək. Bu məsələdə Avropa İttifaqının bütün 27 üzvü arasında kompromisin əldə olunması vacibdir.
KONKRET.az xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr De Kroo bildirib.
“Bu gün fövqəladə sammitdir və biz Ukraynanı necə dəstəkləyəcəyimizi müzakirə edirik. Həmin müzakirələrdə əsasən Ukraynanın ehtiyac duyduğu silahların alınmasını və müəllimlərə maaşların verilməsini müzakirə edəcəyik”, – deyə o, Aİ-nin fövqəladə iclasına gələrkən deyib.
Belçika baş nazirinin qeyd etdiyi kimi, bu məsələdə Avropa İttifaqının bütün 27 üzvü arasında kompromis əldə olunması vacibdir. O, Macarıstan hökumətinin başçısı Viktor Orbanın Ukraynaya 50 milyard avroluq hərbi yardımın ayrılması təklifini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
