Belə adamla evli qalmaq sağlamlığa ağır təhlükədir – MƏSLƏHƏTbackend

Belə adamla evli qalmaq sağlamlığa ağır təhlükədir - MƏSLƏHƏT

Bundan əvvəl qeyd etmişdim ki onkoloji, urək və damar xəstəliklərindən ölümlər COVID-19 ölümləri sayından çoxdur. Ona görə də həmin xəstəliklərə aid də paylaşımlara ehtiyac var.

Bu xəstəliklərin əmələ gəlməsinin səbəblərini aradan qaldırmaq, sizdə bunların yaranması ehtimalını azaltmaq üçün ən vacib hesab etdiyim şərtləri yazım.

Öncə bildirim ki, bütün xəstəliklər bizə ya qida ya su ya hava ya radiasiya ya əsəb, çox az hallarda isə genetik yolla keçirilir.

Bu yolları blok etməklə ağır xəstəliklərə düçar olmaq ehtimalını kəskin azalda bilərik.

Məsləhətim:

1. Mümkün qədər təbii, orqanik qidalanın. Kənd pomidoru, kənd toyuğu, kənd yumurtası məsələsi… Bir çox təbii qidaların radiasiya əleyhinə təsiri vardır. Dərmansız, hormonsuz qidalara üstünlük verin. Artıq çəki ilə mübarizə yaxşıdır, amma bilin ki, arıqlatma dietası elə də sağlam qidalanma sayılmır.
Önəmli olan az yemək və qidalandığınız məhsulun təbii olmasıdır. Arıqlamaq üçün hərəkəti də artırın. Məsələn, sizə təbii kərə, nehrə yağı ilə qidalanıb yer belləmək daha zərərsizdir, nəinki süni şəkərlə şirinləşdirilmiş içkilər, mənşəyi məlum olmayan az kalorili qidalar, muxtəlif firmaların “xolesterolsuz” adı ilə camaata sırıdığı qida məhsullarından istifadə etmək…

2. Təbiətə, səfalı yerlərə nə qədər yaxın olsanız, o qədər sağlam olarsız.

Əlbəttə ki əsəbi, stressli şəhər həyatı, hərəkətsizlik, gün düşməyən binalarda, qapalı yerlərdə işləmək orta ömürü azaldır. İnsan yaradılanda düşünməmişdilər o paltar geyinəcək, qapalı yerlərdə işləyəcək… Ona görə vitamin D 80% adamda aşağı səviyyədədi. Vitamin D çatışmazlığının isə insult daxil olmaqla bir çox xəstəliklərin əmələ gəlməsində rolu tam təsdiq olunub.

3. Sevdiyiniz işlə çörəkpulunuzu qazanın. Başqalarının etdiyini təkrarlamayın… Sizin mütləq sevdiyiniz bir iş vardır, sizə hobbi kimi gələn, sizə yorucu, çətin olmayan iş. Eybi yox, ilk vaxtlar az pul qazansanız da olar. Siz o işi sevirsizsə, pis dolanmayacağınıza əminəm. Çox puldan ötru ondan daha bahalı can sağlığını itirməyə dəyməz. İşiniz əsəbidirsə, risk edib çıxın işdən. 6 milyard insan yaşayan Yer kürəsində siz işsiz qalmayacaqsız, əgər təmbəl deyilsizsə.

4. Gigiyena – sağlamlığın qorunması və möhkəmləndirilməsi barədə elmin, tibbin son yeniliklərini izləyin, alimlərin, həkimlərin gəldiyi nəticələri, insanlara olan tövsiyələrini daim oxuyun və riayət edin. Zərərli vərdişlərinizi təcili tərgidin.

5. Bunu da yazım… Sizi anlayan, sizinlə eyni istiqamətdə baxan, sizin hər işinizdə stimul yaradan insanla evli olun, sizi çürüdüb kübrəyə döndərəcək adamla evli qalmaq sağlamlığa ağır təhlükədir. Həmçinin, neqativ düşünən “dostları” rədd eləyin həyatınızdan. Sizə ömür boyu daim pozitiv enerjili insanların əhatəsində olmaq daha çox fayda verər.

Şahin Məmmədov,
anestezioloq-reanimatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*