Tel-Əvivdə iki minə yaxın insan Benyamin Netanyahu və Knesset spikeri Beni Ganzın koalisiyasının yaradılmasına etiraz edib.
KONKRET.az xəbər verir ki, nümayişçilər “demokratiyanı xilas etməyə” çağırış ediblər və Benyamin Netanyahunun adının dəfələrlə korrupsiyada hallandığını xatırladıblar.
Aksiya “Qara Bayraqlar” hərəkatı tərəfindən təşkil edilib və etirazçılar əsasən qara paltarda olublar. Rabin meydanındakı etiraz mitinqi zamanı onlar sosial məsafənin normalarına hörmətlə yanaşıb və bir-birlərindən iki metr aralı dayanıblar.
Benyamin Netanyahu və Benny Ganz koalisiyasının yaradılması indi İsrailin ən vacib problemlərindən biridir. Artıq ölkə hökumətin yaradılması üçün ilin üçüncü seçkisini keçirib və koalisiya alınmasa, daha birini keçirəcək.
moderator.az
