“Belə serialların nümayişini məhdudlaşdırmaq lazımdır” – Erməni televiziyalarında yeni qadağabackend

“Belə serialların nümayişini məhdudlaşdırmaq lazımdır” – Erməni televiziyalarında yeni qadağa

“Telekanallarda kriminal subkulturanı təbliğ edən film və serialların nümayişi məhdudlaşdırılmalıdır”.

KONKRET.az xəbər verir ki, bu təkliflə Ermənistan parlamentinin spikeri Alen Simonyan və “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan çıxış edib.

Milli Elm, Təhsil, Mədəniyyət, Diaspor, Gənclər və İdman daimi komissiyasının iclasında Artur Ovannisyan “Audiovizual media haqqında” qanuna əlavələr edilməsi ilə bağlı layihəni təqdim edib.

Qanun layihəsinə görə, saat 06:00-dan 00:00-a kimi kriminal subkulturanın təbliğatını əks etdirən filmlərin və serialların nümayişinin qadağan edilməsi təklif edilir.

Artur Ovannisyan qeyd edib ki, bu cür filmlərin və serialların nümayişini qanunvericiliyin imkan verdiyi həddə məhdudlaşdırmaq vacibdir.

“Təəssüflə qeyd etmək lazımdır ki, biz televiziya və radio stansiyalarında kriminal subkulturanın təbliğatını əks etdirən filmlərə, seriallara və ya audio-vizual proqramlara tez-tez rast gələ bilərik ki, bu da televiziya şirkətlərini çoxlu tamaşaçı ilə təmin edir”, – Ovannisyan bildirib.

Deputatın sözlərinə görə, belə filmlər azyaşlılara mənfi təsir göstərir: “Bu filmlər onlarda ədəbsizliyi aşılayır, ümumi əxlaq normalarını inkar edir və əxlaqsız həyat tərzini təbliğ edir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*