“Bəli, o Bəhram Bağırzadənin səsidir” – Rəşad Mahmudovbackend

“Bəli, o Bəhram Bağırzadənin səsidir" - Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov Əməkdar artist Bəhram Bağızadənin yayılmış səs yazısı ilə bağlı açıqlama verib.

KONKRET.az-ın məlumatına görə, “ATV aktual”da danışan millət vəkili səs yazısının aktyora aid olduğunu, ancaq koronavirusa yoluxması təsdiqlənməzdən əvvəl yazıldığını bildirib:

“Bəli, o Bəhram Bağırzadənin səsidir. Ancaq unutmamaq lazımdır ki, ayın 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin ayın 7-də aparılan Covid müayinəsi müsbət çıxıb. Həmin səs yazısı, böyük ehtimal, ailəsinin dediyinə görə, dostlarına göndərdiyi və ayın 7-nə aid olan səs yazısıdır. Bəhram müəllim ayın 10-da çəkilən kompyuter tomoqrafiyasına qədər özünün xəstələndiyinə və Covid-19 xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi və xəstəxanada yatarkən də bununla razılaşmaq istəmirdi. Əfsuslar olsun ki, ayın 9-da ağciyərdə 5%-lik tutulmaya baxmayaraq, ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq tamamilə zədələndiyi, EKMO-ya bağlandığı və EKMO-ya bağlandıqdan sonra, hamıya məlum olduğu kimi, ayın 19-da ağciyərin 100%-dək hissəsinin zədələndiyi məlum oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*