Rusiyanın Belqorod şəhərinin Şorsa küçəsində çoxmərtəbəli yaşayış binasına mərmi düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
“Yeddi nəfər xəsarət alıb, sakinlər təxliyə edilir”, – mənbə bildirib.