Siqaretə görə 3 barmağını itirdi – FOTOLARbackend

Siqaretə görə 3 barmağını itirdi - FOTOLAR

Siqaretə gənc yaşlarında başlayan 75 yaşlı türkiyəli Osman Gülay illər sonra bunun ağır nəticələri ilə üzləşib. O, ayağının üç barmağını itirib, ürəyindən əməliyyat olunub. 16 il əvvəl isə siqareti tamamilə tərgidərək həyatını dəyişib.

KONKRET.az xəbər verir ki, Sakaryada yaşayan Osman Gülay hərbi xidmət zamanı siqaret çəkməyə başlayıb. İllər ərzində siqaret səbəbindən damarlarında tutulmalar yaranan Gülayın bədəninin müxtəlif nahiyələrinə laxtalar atılıb. 1988-ci ildə sağ ayağının üç barmağı əməliyyatla amputasiya edilib.

Bundan sonra da siqareti üç dəfə tərgidən, lakin yenidən başlayan Gülayın ürəyində ciddi problemlər yaranıb. 2010-cu ildə aorta qapağının zədələnməsi və ürəyindəki 4 damarın tutulması səbəbilə əməliyyat keçirən Gülayın aorta qapağı dəyişdirilib. Tutulan damarlardan biri açılıb, digər üç damar üçün isə sol ayağından götürülən damarlarla şuntlama əməliyyatı aparılıb. Əkinçiliklə məşğul olan Gülay bütün bu sağlamlıq problemlərindən sonra siqareti öz iradəsi ilə tamamilə tərgidib.

75 yaşlı kişi gənclik illərində çobanlıq edərkən siqaret çəkməyə maraq göstərdiyini, lakin hərbi xidmətə gedənə qədər buna başlamadığını deyib:

“Barmağım çürüməyə başladı. Sonra ürəyimə sıçradı. Ürəyimdən əməliyyat olundum. Siqareti üç dəfə atıb yenidən başladım. Ürəyim tutulandan sonra artıq çəkə bilmədim”.

Sağlamlıq problemlərindən sonra siqareti tamamilə tərgitmək qərarına gəldiyini deyən Gülay həkiminin yenidən əməliyyat olunacağı halda uzun müddət yataqda qalmalı olacağını söylədiyini qeyd edib. 7 övladı olduğunu və ailəsinə baxmalı olduğunu düşünərək siqareti tərgitdiyini bildirən Gülay deyib:

“Şükür Allaha, tərgidə bildim. İndi rahatam, hüzurluyam. Siqaret damarlarımı qurudub. Gənclərə deyirəm: qətiyyən başlamayın. Başqa bir şeylə əylənsinlər, çərəz alıb yesinlər. Siqaretlə əyləncə, göstəriş, nəzakət, qoçaqlıq olmaz. Siqaretdən nə dost olar, nə də başqa bir şey. Sonda dərd qoyar, insanı süründürər”.

Siqaretə görə 3 barmağını itirdi - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*