Həbsxanadan qaçdı, almanları aldatdı, Dubayda həbs edildi – Bütün Avropa ondan danışır – FOTObackend

Həbsxanadan qaçdı, almanları aldatdı, Dubayda həbs edildi - Bütün Avropa ondan danışır - FOTO

Beynəlxalq enerji şirkətlərini illərlə aldadan alman fırıldaqçısı həbs olunub.

KONKRET.az xəbər verir ki, hazırda 36 yaşı olan Hendrik Holt bir neçə il ərzində investorları Almaniyada nəhəng külək enerjisi layihələri hazırladığına inandıraraq aldadıb. Gənc şəxs bahalı kostyumlar geyinməsi və lüks avtomobil sürməsi ilə investorlarda güclü təəssürat yaradırdı.

2020-ci ildə o, Berlində həbs edilib. 2022-ci ildə Osnabrük məhkəməsi onu fırıldaqçılığa görə 7,5 il həbs cəzasına məhkum edib. Sonradan böhtana görə bu müddətə daha 14 ay əlavə olunub.

Holt cəzasını Berlindən cənubda yerləşən Haydering həbsxanasında çəkirdi. O, barmaqlıqlar arxasından da fırıldaqçılıq sxemlərini idarə etməyə davam edirdi. Onu gündüzlər həbsxananı tərk etməyə icazə verilən qarışıq rejimə keçirmişdilər. 2026-cı ilin avqustunda o, geri qayıtmayıb. Qısa müddət sonra alman, on minlərlə izləyicisi olan Instagram hesabında Moskvanın mərkəzindən — Böyük Dmitrovka küçəsindən, RF Federasiya Şurası binasının qarşısından foto paylaşıb. O, storidə “Moskvadan səmimi salamlar. Burada çox gözəldir, kürü fantastikdir” yazıb.

Fırıldaqçı həmçinin həbsxana rəhbərliyinə cəsarətli bir e-poçt da yazıb. Holt təxminən bir ay axtarışda olub. Sentyabrın 23-də Osnabrük prokurorluğu onu Polşa və Türkiyə üzərindən qaçdığı Dubayda həbs edib. Prokurorlar onun Rusiyada olması barədə paylaşımını istintaqı çaşdırmaq üçün “hiylə” adlandırıb.

Hazırda onun BƏƏ-dən Almaniyaya ekstradisiyası məsələsi həll olunur. Orada ona əlavə cəza gözlənilmir, çünki həbsxanadan qaçış Almaniyada cinayət hesab edilmir. Bununla belə, Holtun xarici pasportunun niyə əlindən alınmadığı hələ də aydın deyil.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*