Zelenski: Qış sizin üçün də ağır olacaqbackend

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasında çıxış edib. O, Ukraynanın müharibəni seçmədiyini, ölkəsini, ailələrini, müstəqilliyini və azadlığını qorumaq üçün mübarizə apardığını vurğulayıb.

Ukrayna prezidenti Rusiyanın Polşa və bəzi Baltikyanı ölkələri təhdid etdiyini, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin suverenliyinə hörmət etmədiyini iddia edib.

O, Rusiyanın neft obyektlərinin, fabriklərinin və limanlarının Ukraynanın əsas hədəfi olmadığını deyib. Zelenskinin sözlərinə görə, Rusiyanın maliyyə resursları və istehsal imkanları məhdudlaşdırılmalıdır.

“Rusiya pulu olduğu zaman diplomatiyaya “xeyr” deyir”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya hərbi qüvvələr göndərdiyini və Şimali Koreya hərbçilərinin də ciddi itkilər verdiyini qeyd edib.

Ukrayna lideri ölkəsinin pilotsuz uçuş aparatları sahəsində müxtəlif ölkələrlə əməkdaşlığı davam etdirdiyini də bildirib.

“Ukraynalılar bu qışın bizim üçün çox çətin keçə biləcəyinin fərqindədirlər. Lakin buna cavab olaraq, bu qışı Rusiya üçün də çətin etməkdən başqa seçimimiz olmayacaq”, – deyə Zelenski vurğulayıb.

O, gələn il süni intellektin döyüş meydanında qərarların qəbulunda rol oynaya biləcəyini və belə bir mərhələyə çatmadan əvvəl sülhün təmin edilməsinin vacib olduğunu söyləyib.

Zelenski Çin Prezidenti Si Cinpinlə bağlı da danışaraq, onun Rusiyaya bir çox ölkə liderlərindən daha çox təsir göstərə biləcəyini bildirib. O, Çinin Ukraynada sülhün bərqərar olmasını istəməsinin vacibliyini vurğulayıb.

Ukrayna Prezidenti Rusiya-Ukrayna müharibəsinin İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük müharibəyə çevrildiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*