Kişi arvadını ölümcül bıçaqlayıb qaçdıbackend

Kişi arvadını ölümcül bıçaqlayıb qaçdı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKERT.az-ın məlumatına görə, hadisə bu gün rayonun Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Məhəmmədəli Cəfərovun yaşadığı evdə həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqladığı ehtimal edilir.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda qadının vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən M.Cəfərov evdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*