Serbiyanın paytaxtı Belqradda baş vermiş atışma nəticəsində bir nəfər öldürülüb, daha biri ağır yaralanıb. KONKRET.az bildirir ki, bu barədə ölkənin “RTS” telekanalı xəbər verib.
Atışma Vojdovats icmasında baş verib. Hücum edən naməlum kişi iki nəfəri ağır yaralayıb. Onlardan biri ölüb, digəri ağır vəziyyətdə hospitəlizə edilib.
Polis insidenti araşdırır və hücum edən şəxsin axtarışlarını aparır.
“Qafqazinfo”
