“Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə “Əl-Ohdud”a 0:1 hesabı ilə qalib gəlib.
KONKRET.az xəbər verir ki, oyunda yeganə qolu 72-ci dəqiqədə hücumçu Kərim Benzema vurub.
Beləliklə, “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatında 15 xalla birinci yeri tutub. Əl-Oxdud 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Burhan,
KONKRET.az