Beş güləşçimizdən yalnız 1-i azərbaycanlıdırbackend

Beş güləşçimizdən yalnız 1-i azərbaycanlıdır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanı təmsil edən sərbəst güləş üzrə yığmamızın heyətində legionerlərin çox olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

KONKRET.az xəbər verir ki, xüsusilə bu gün mübarizəyə qoşulan 5 idmançıdan 4-nün legioner olması tənqid olunub.

İntiqam Vəlizadəni çıxmaqla digərlərinin – Cəbrayıl Qadjıyev (Dağıstan, Rusiya), Giorgi Mişvildişvili (Gürcüstan, Rusiya), Abubakr Abakarov (Dağıstan, Rusiya), Osman Nurmaqomedov (Dağıstan, Rusiya) milliləşdirilmiş güləşçilərin ölkəmizi təmsil etməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, ötən gün də milliləşdirilmiş Maqomedxan Maqomedov Azərbaycanı təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*