Beşəmlərin son durumu AÇIQLANDIbackend

Beşəmlərin son durumu AÇIQLANDI

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulan beşəmlərin müalicəsinə davam edilir.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, beşəmlərdən 3-nün vəziyyəti kritik ağırdır. Biri “CPAP”, ikisi süni ventilyasiya aparatındadır. Körpələrdən ikisinin vəziyyəti isə ağır olaraq qalır. Onlar binazal zond vasitəsilə nəmləndirmiş oksigen alır.

Qeyd edək ki, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülmüşdülər.

Xatırladaq ki, körpələr – 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*