Beynəlxalq Media Forumuna kimlər və nə üçün kölgə salır? – ƏTRAFLIbackend

Beynəlxalq Media Forumuna kimlər və nə üçün kölgə salır? - ƏTRAFLI

Şuşada keçirilən Beynəlxalq Media Forumu son illər ölkə mediasının ən əhəmiyyətli hadisəsi sayıla bilər. Xüsusilə milli mətbuatımızın yaranmasının 147-ci ilinin

fadil Paşayev
Fadil Paşayev, Baş redaktor

Şuşada keçirilməsi mənim üçün mənəvi tərəfdən olduqca önəmlidir. Hələ mən Azərbaycan Prezidenti İlham Əliyevin peşə bayramı ilə bağlı təbrik məktubunu demirəm.

Hesab edirəm ki, dövlət başçısının bizlərə təbriki forumu daha möhtəşəm etdi. Üstəgəl, hörmət etdiyim, cəmiyyətdə böyük nüfuza malik qələm sahibləri də tədbirə böyük həvəslə, yüksək əhval-ruhiyyə ilə qatılmışdı. Yeri gəlmişkən, qeyd edim ki, bir qrup qazinin forumda iştirakı çox təsirli idi.

Biz Allahın iradəsi ilə məhz onların və şahidlərimizin qanı və canı bahasına baş tacımız olan Şuşada regional əhəmiyyətli forum keçirirdik. Bu, bir ilk idi. Bu, bir təntənə idi və media islahatlarına bir mesaj idi. Doğrudur, forum çərçivəsində panellərdə arzulamadığım şəxslər məqbul hesab etmədiyim fikirlər irəli sürdülər. Əlbəttə, qıcıqlandırıcı fikirlər var idi. Amma Şuşa forumu müzakirə və fikir müxtəlifliyi meydanı idi. Ona görə də tam əminliklə demək olar ki, forum yeknəsəq deyildi, əksinə, maraqlı idi və bu sahədə görüləcək işlərin konturlarını açıq-aydın görmək olardı. Çünki tədbirdə qlobal çağırışlar, milli ideologiya və kütləvi informasiya vasitələrində mövcud problemlərin həlli ilə bağlı geniş müzakirələr aparılırdı. Bu isə forumun ciddi məqsədlərindən xəbər verirdi.


Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, sosial şəbəkələrdə təbdirin əhəmiyyətinə kölgə salmaq cəhdləri müşahidə olunur. Əslində gözlənilən idi. Yəni belə analoji hadisələrlə çox rastlaşmışam. Amma bu cəhdlərin daha çox qeybət xarakter daşıması çirkin niyyətlərin üzərinə işıq salır. Ən dəhşətlisi isə odur ki, guya Şuşada şəhid və qazilər təhqir olunub. Belə yanaşma ürək bulandırır, xəbərlər pis qoxu verir, dövlətin media ilə yeni mərhələdə münasibətlərində etimadsızlıq yaratmağa yönəlir, üstəgəl, media mənsublarının cəmiyyətdə nüfuzuna arxadan zərbə vurur. Məqsəd bəllidir: yeni media siyasətinin üstünə xətt çəkmək və bu sahədə olmayan xaos və ümidsizlik sindromu yaratmaqdır.


Allah xatirinə, dayanın, bəsdirin! İmkan verin, medianın nüfuzu möhkəmlənsin, forumdan irəli gələn məsələlər xırdalıqlarına qədər həyata keçsin. Onsuz da bu, olacaq: “istəsəniz” də, istəməsəniz də…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*