Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giriş prosedurları sərtləşdiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib və bir aydan sonra qüvvəyə minəcək. Növbəti tələb hüquqi şəxs, dövlət qurumu, xarici dövlətin diplomatik nümayəndəliyi və ya beynəlxalq təşkilat tərəfindən təqdim edilən Ermənistana daxil olmaq üçün dəvətdir. Bu ölkələrin vətəndaşlarından həmçinin E-VISA sistemi vasitəsilə müraciət etmək üçün ilkin şərt kimi bank hesabından çıxarış təqdim etmələri tələb olunur. Elektron viza almaq üçün ilkin şərt həm də tibbi sığortanın olmasıdır. Çünki Ermənistan Səhiyyə Nazirliyi Hindistan vətəndaşları arasında çoxlu sayda vərəm xəstələri aşkar edildiyini bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az